CENTCOM: ABŞ İrana zərbələr endirib

ABŞ İranın Hörmüz boğazında üç gəmiyə hücumuna cavab olaraq İslam Respublikasına güclü zərbələr endirməyə başlayıb.

 

Senzor.az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) "X" sosial şəbəkəsində məlumat yayıb.

 

"Mərkəzi Komandanlığın qüvvələri İrana silsilə güclü zərbələr endirməyə başlayıb. ABŞ zərbələri Hörmüz boğazından keçən üç kommersiya gəmisinə İranın vurduğu zərbələrə cavab olaraq endirilir. İranın təcavüzü əsassız, təhlükəli olub və atəşkəs rejiminin açıq-aşkar pozulması idi", - CENTCOM-dan qeyd ediblər.

 

Daha əvvəl ABŞ Maliyyə Nazirliyi avqustun 21-dək İranın neft sektoruna qarşı sanksiyaları yumşaldan lisenziyanı ləğv edib.

 

UKMTO isə Hörmüz boğazı yaxınlığında üç tankerə edilən hücumlar barədə məlumat vermişdi. Daha sonra Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyi (XİN) İranın Səudiyyənin "Wadiyan" tankerinə və Qətərin "Al Rekayyat" gəmisinə hücum etdiyini bildirərək Tehranın hərəkətlərini qətiyyətlə pisləyib. Qurumdan vurğulanıb ki, bu cür hücumlar beynəlxalq hüququn ciddi şəkildə pozulmasıdır və qlobal enerji daşıyıcıları təchizatı zəncirləri üçün təhlükə yaradır. Qətər XİN insidentlə əlaqədar İranın Dohadakı səfirinin müavinini çağıraraq ona etiraz notası təqdim edib.

 

İranın IRIB teleradio şirkətinin iddiasına görə, gəmi ABŞ Hərbi Dəniz Qüvvələrinin dəstəyi ilə boğazdan keçməyə cəhd edib və "dəfələrlə edilən xəbərdarlıqlara məhəl qoymadığı üçün" hədəfə çevrilib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.