Belçika hökuməti Fələstinin tanınması prosesinə başlayır

Belçika hökuməti HƏMAS-ın Qəzza zolağında idarəetmə strukturunu ləğv etdiyini açıqlamasından sonra Fələstin dövlətinin rəsmi tanınması istiqamətində hazırlıq mərhələsinə başlayır.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Belçikanın xarici işlər naziri Maksim Prevo Xarici İşlər Nazirliyinə tanınma prosedurunun hazırlanması barədə göstəriş verib.

 

Bildirilir ki, HƏMAS-ın idarəetmədən çəkilməsi Brüsselin əvvəllər irəli sürdüyü əsas şərtlərdən birinin yerinə yetirilməsi kimi qiymətləndirilir. Hərəkat Qəzzaya rəhbərlik edən Fövqəladə hökumət komitəsinin buraxıldığını və səlahiyyətlərin texnokratlardan ibarət yeni quruma ötürüləcəyini bəyan edib. Belçika hökuməti hesab edir ki, bu addım iki dövlətli həll perspektivinə dəstəyin gücləndirilməsi üçün yeni imkan yaradır. 

 

Bununla belə, yekun qərar diplomatik və hüquqi prosedurlar tamamlandıqdan sonra veriləcək.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.