Venesuelada zəlzələ qurbanlarının sayı 3 500-ü keçib
VİDEO

Venesuelada baş vermiş dağıdıcı zəlzələlər nəticəsində ölənlərin sayı 3 535 nəfərə çatıb.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Bolivar Respublikası Milli Assambleyasının (parlamentinin) sədri Xorxe Rodriqes öz "Telegram" kanalında məlumat verib.

 

O, xilasetmə və yardım göstərilməsi ilə bağlı atılan addımlar barədə də danışıb: "16 740 nəfər yaralanıb, 17 854 nəfər evsiz qalıb, 190 bina tamamilə dağılıb, 856 bina ciddi ziyan görüb. Axtarış-xilasetmə əməliyyatları zamanı 6 462 nəfər xilas edilib, 25 016 nəfər xəstəxanalarda və tibb müəssisələrində müalicə keçib, 86 794 ailəyə yardım göstərilib, zərərçəkənlərə 9 603 ton ərzaq çatdırılıb".

 

Yeri gəlmişkən, bundan əvvəl zəlzələ qurbanlarının sayının 3 300-ü keçdiyi barədə məlumat verilmişdi.

 

Xatırladaq ki, iyunun 25-nə keçən gecə Venesuelanın şimalında 40 saniyə fərqlə 7,2 və 7,5 maqnitudalı iki zəlzələ olub.







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.