
Türkiyənin paytaxtı Ankara şəhərində ABŞ Prezidenti Donald Trampın rəsmi qarşılanma mərasimi olub.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan onu Prezident Sarayında qarşılayıb.
Prezidentlər fəxri qarovulun önündən keçiblər.
**
Qarşılanma mərasimindən sonra Ərdoğanla Tramp arasında görüş keçirilib. 
Əvvəlcədən xəbər verildiyi kimi, görüşün gündəliyində, həmçinin Ankaraya qarşı CAATSA (Amerikanın düşmənlərinə qarşı sanksiyalar vasitəsilə mübarizə Qanunu) sanksiyalarının ləğvi, Türkiyənin F-35 proqramına qayıtması, beşinci nəsil KAAN qırıcı təyyarələri üçün mühərriklərin alınması kimi mövzular olub.