Xameneinin cənazəsi İraqa aparıldı

ABŞ və İsrailin hava hücumu nəticəsində həlak olan İranın sabiq Ali lideri Əli Xameneinin nəşinin olduğu tabutu daşıyan xüsusi təyyarə İraqın Nəcəf şəhərinin hava limanına eniş edib.

 

Bu barədə INA məlumat verib.

 

Dəfn Təşkilatları üzrə Ali Komitə şiə müsəlmanları üçün müqəddəs Nəcəf və Kərbəla şəhərlərində vida mərasimləri üçün logistik və texniki hazırlıqların tam başa çatdığını elan edib.

 

İraqda keçirilən vida mərasimlərində iştirak edən İran nümayəndə heyətinə Prezident Məsud Pezeşkian rəhbərlik edir. O, Nəcəfə çatdıqdan dərhal sonra İraqın Baş naziri Əli əl-Zeydi ilə danışıqlar aparıb. İraqın Baş naziri bu mərasimlə bağlı 8 iyulu tətil günü elan edib.

 

Xatırladaq ki, fevralın 28-də sui-qəsd nəticəsində öldürülən Əli Xameneinin vida mərasimi iyulun 3-də Tehranda başlayıb. Dəfn mərasimi iyulun 9-da mərhumun doğulduğu İranın Məşhəd şəhərində keçiriləcək.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.