
Ankaranın ev sahibliyi etdiyi NATO Dövlət və Hökumət Başçılarının 36-cı Sammiti transatlantik müdafiə istehsalı və investisiyalarının əsas müzakirə mövzusu olacağı Müdafiə Sənayesi Forumu ilə fəaliyyətə başlayıb.
Senzor.az bildirir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Qeyd olunub ki, son 3-4 ildə NATO-nun əlavə tədbiri kimi nəzərdə tutulan Müdafiə Sənayesi Forumu, sammitin rəsmi proqramının bir hissəsi olaraq ilk dəfə Türkiyədə keçirilir.
Xatırladaq ki, Prezident Rəcəb Tayyib Ərdoğan 36-cı NATO Dövlət və Hökumət Başçıları Zirvə Toplantısı çərçivəsində ABŞ Prezidenti Donald Tramp, Fransa Prezidenti Emmanuel Makron, Finlandiya Prezidenti Aleksandr Stubb, Slovakiya Prezidenti Peter Pellegrini, Böyük Britaniya Baş naziri Kir Starmer, Almaniya Kansleri Fridrix Merts, İtaliya Baş naziri Giorgia Meloni, Kanada Baş naziri Mark Karni, Albaniya Baş naziri Edi Rama, Bolqarıstan Baş naziri Rumen Radev, Monteneqro Baş naziri Milojko Spajic, NATO Baş katibi Rutte və Avropa Birliyi Şurasının prezidenti Antonio Kosta da daxil olmaqla dünya liderləri ilə görüşəcək.