
Türkiyənin Kırıkkale şəhərində sərnişin avtobusu aşıb, 41 nəfər xəsarət alıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, hadisə zamanı xəsarət alanlar yaxınlıqdakı xəstəxanalara aparılıblar. Onlardan üçünün vəziyyətinin ağır olduğu bildirilir.
Kırıkkale valisi Hüseyn Engin bildirib ki, ağır yol-nəqliyyat hadisəsinə səhər saatlarında yolun sürüşkənliyi səbəb olub.
Hadisə ilə bağlı araşdırma aparılır.