
ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatında 1/8 finalın daha iki oyunu keçirilib.
Senzor.az bildirir ki, əvvəlcə Portuqaliya və İspaniya yığmaları üz-üzə gəliblər. ABŞ-ın Arlinqton şəhərindəki Dallas stadionunda oynanılan görüş ispanların 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 90+1-ci dəqiqədə Mikel Merino vurub.
İkinci oyunda isə Belçika və ABŞ yığmaları üz-üzə gəliblər. Sietl stadionunda oynanılan bu görüş avropalıların 4:1 hesablı qələbəsi ilə başa çatıb. Belçikanın heyətində Şarl de Ketelare (9, 33), Hans Vanaken (57) və Romelu Lukaku (90+3) fərqləniblər. Amerikalıların yeganə qolu isə Malik Tillmanın (31) aktivinə yazılıb.
Beləliklə, DÇ-2026-ya ev sahibliyi edən Kanada və Meksika kimi ABŞ da 1/8 finalda rəqibinə məğlub olaraq turniri tərk edib. 1/4 finala yüksələn Belçikanın bu mərhələdəki rəqibi İspaniya seçməsi olacaq.
Onu da qeyd edək ki, daha əvvəl Mərakeş, Fransa, İngiltərə və Norveç milli komandaları 1/4 finala vəsiqə qazanıblar.
Mundiala iyulun 19-da yekun vurulacaq.