"Çiçəklənən Ermənistan" partiyasının lideri
QAQİK TSARUKYAN SAXLANILDI

"Çiçəklənən Ermənistan" partiyasının lideri Qaqik Tsarukyan saxlanılıb və Ermənistanın İstintaq Komitəsinə aparılıb.

 

Senzor.az bildirir ki, bu barədə Ermənistan mediası partiyanın mətbuat katibi İveta Tonoyana istinadən məlumat yayıb.

 

Onun sözlərinə görə, siyasətçi evində axtarışlar aparıldıqdan sonra saxlanılıb. O, həmçinin Tsarukyanın Tsaxkadzordakı otellərinin möhürləndiyini bildirib.

 

Tsarukyanın vəkili Yerem Sarqsyan müvəkkilinin saxlanıldığını və ehtiyat tədbirinin, o cümlədən mümkün həbs qətimkan tədbirinin seçilməsi məsələsinə baxılması üçün yaxın vaxtlarda məhkəməyə aparılacağını təsdiqləyib.

 

Qeyd edək ki, bundan əvvəl Ermənistanda hüquq-mühafizə orqanlarının əməkdaşları 10-dan çox cinayət işinin istintaqı çərçivəsində 70-dən çox ünvanda axtarış aparıblar. Xüsusilə, Tsarukyanın evində, eləcə də ona məxsus bir sıra şirkətlərdə axtarışlar aparılıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.