Türk evə buraxılacaq Öcalanın yanına gedir - PKK LİDERİ TƏRKSİLAH ÇAĞIRIŞI EDƏCƏK?
FOTO

Gələn həftə MHP lideri Dövlət Baxçalının başlatdığı dialoq çərçivəsində DEM təmsilçiləri Sırı Süreyya Öndər, Pərvin Buldan və Ahmet Türk ömürlük həbs cəzası çəkən PKK lideri Abdullah Öcalanla görüşmək üçün İmralı adasına ikinci dəfə səfər edəcəklər.

 

Senzor.az bildirir ki, Haqqin.az-ın Ankaradakı xüsusi müxbiri Ruslan Bəşirlinin bir az əvvəl yayımlanan məqaləsində belə deyilir.

 

Məqalədə vurğulanıb ki, DEM partiyasının rəhbərliyi Türkiyənin Ədliyyə Nazirliyindən Öcalanla görüşəcək heyətə Mardin şəhərinin keçmiş bələdiyyə sədri Əhməd Türkün də daxil edilməsini istəyib.

 

Ədliyyə Nazirliyinin Öcalanla, Mərmərə dənizindəki hava şəraitindən asılı olaraq yanvarın 15-də və ya bu tarixə yaxın günlərdə baş tutacaq görüşə, gələn həftə icazə verəcəyi gözlənilir.

 

Yeri gəlmişkən, nümayəndə heyətinin üzvləri Ədliyyə Nazirliyindən, Öcalanla görüşdən əvvəl DPN-in (xalqların sol-mərkəzçi Demokratik Partiyası-red.) keçmiş həmsədrləri Selahattin Demirtaş və Figen Yüksekdağ, həmçinin Diyarbəkirin keçmiş meri Selçuk Mızraklı və Leyla Güven ilə həbs yerlərində görüşmək üçün icazə istəyiblər. 

 Ahmet Türk də Öcalanın yanına gedir

Haqqin.az-ın Ankaradakı mənbələrindən əldə etdiyi məlumata görə, Öcalanla ikinci görüşdə PKK terror təşkilatının tərksilah edilməsi məsələsi qaldırılmayacaq. Öcalanın fevralın ortalarında tərksilah çağırışı etməsi planlaşdırılır.

 

İmralı adasındakı ikinci görüşdən sonra yol xəritəsinin formalaşdırılacağı və Abdullah Öcalan üçün mümkün güzəştlərə dair hüquqi bazanın hazırlanacağı da bildirilir: “Danışıqlar prosesi müsbət istiqamətdə getsə və hüquqi həll məsələsi ortaya çıxsa, bunun “amnistiya” və ya “ümumi amnistiya” olmayacağı vurğulanır. Mövcud sistemə görə, Öcalana qarşı ömürlük həbs cəzasının “ev dustaqlığı” ilə əvəz edilməsini nəzərdə tutan alternativ tədbir tətbiq oluna bilər”.

 

Müəllif qeyd edir ki, DEM rəsmiləri ilə Öcalan arasında aparılan danışıqlar fonunda Ankara Suriyanın şimal-şərqinə nəzarət edən PKK/YPG terrorçularına qarşı PKK liderinin müraciəti olmadan alternativ taktika hazırlayır.

 

Ankaradakı diplomatik mənbələrdən haqqin.az-a verilən məlumata görə, PKK/YPG birləşmələrinin tərksilah edilməsi üçün Türkiyə ilə Əhməd əl-Şaranın rəhbərlik etdiyi yeni Suriya hökuməti arasında yol xəritəsi var.

 

Mənbə bildirir ki, Suriyanın yeni hökuməti ilə YPG arasında aparılan danışıqlar zamanı tərksilah olmadan heç bir sövdələşmənin olmayacağı, terrorçuların silahı yerə qoymaqdan imtina etməsi halında dialoqun dərhal dayandırılacağı açıq şəkildə ifadə edilib. 

PKK döyüşçüləri hara uçacaqlar?

Bundan əlavə, Suriya vətəndaşı olmayan terrorçuların silahlarını təhvil verdikdən sonra dərhal ölkəni tərk etmələri tələbi səsləndirilib. Suriya ilə həmsərhəd dövlətlərin sərhədlərini keçməmək, Almaniya, Fransa, Belçika və ya İsveçrəyə uçmaq şərti ilə YPG rəhbərliyinin təxminən otuz nəfər üzvünün Suriyadan çıxarılması da müzakirə edilir.

 

Terror aktlarında iştirak etməyən suriyalı YPG üzvlərinə gəlincə, məqalədə vurğulanır ki, onlar ölkənin müxtəlif bölgələrində təhlükəsizlik qüvvələri sıralarına inteqrasiya oluna bilərlər.

 

Ankara və Dəməşqin təklif etdiyi yol xəritəsi qəbul olunmasa, Suriyanın şimalında əməliyyat qaçılmaz olacaq: “Yalnız bir açıq sual qalır: Dəməşq və YPG arasında danışıqların nəticəsiz qalacağı təqdirdə, yanvarın 20-də Donald Trampın andiçmə mərasimindən əvvəl Suriyada hərbi əməliyyat başlayacaqmı?”.

 

Senzor.az






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.