“Boko Haram” terror qruplaşmasının üzvləri dünən Çadın paytaxtında Prezident sarayına hücum ediblər. Çad ordusu hücumu dəf edərkən 19 nəfər həlak olub.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Çad hökumətinin mətbuat katibi və xarici işlər naziri Abderaman Kulamalla məlumat verib.
O qeyd edib ki, ölənlərdən 18-i hücum edənlər, biri isə əsgərdir.
Daha yeddi nəfərin yaralandığı bildirilir.
Paytaxt Ncamena şəhərinin mərkəzinə gedən bütün yollar bağlanıb, tanklar və polislər sarayın mühafizəsini təşkil edir. Şəhər sakinləri də Çadın Prezidenti Mahamat İdriss Debi İtnoya dəstək nümayişi üçün küçələrə çıxıblar.
Paralel olaraq, hadisə ilə bağlı araşdırmalara başlanılıb.