Türkiyə Ordusu Suriyada PKK terrorçularına qarşı mümkün əməliyyata görə tam döyüş hazırlığı vəziyyətinə gətirilib.
Bu barədə “Türkiyə” qəzeti məlumat yayıb.
Məlumata görə, Türkiyə rəhbərliyi hadisələrin inkişafı üçün bütün mümkün ssenariləri, o cümlədən aktiv hərbi əməliyyatları nəzərdən keçirir: “Ankara Suriya administrasiyasından terror təşkilatlarına qarşı mübarizəni gücləndirməyi tələb edərək qətiyyətli tədbirlər görmək niyyətindədir”.