Yanvarın 7-də Bakı Metropoliteninin "Ulduz" stansiyasında özünü qatarın altına atan Saməddin Aslanov vəfat edib.
Senzor.az bildirir ki, bu barədə KİV-ə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Məlumata görə, 07.01.2025-ci il tarixində saat 22:40-da 2007-ci il təvəllüdlü şəxs (kişi cinsli) Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub: "Baş-beynin travması diaqnozu ilə Cərrahi reanimasiya şöbəsinə yerləşdirilən pasiyentin vəziyyəti ağır qiymətləndirilib.
Aparılan müalicə və reanimasiya tədbirlərə baxmayaraq, 08.01.2025-ci il tarixində saat 13:00-da onun ölüm faktı qeydə alınıb".
Həmçinin, "Qafqazinfo"nun məlumatına görə, intihar edən gənc 1-ci kurs tələbəsidir.
Şəhid Vüsal Vəliyevin qardaşı Elyar Vəliyev bildirib ki, Saməddin Vətən müharibəsi şəhidi Babək Aslanovun qardaşıdır (1994-cü ildə Tovuzun Yanıqlı kəndində anadan olmuş Babək 2020-ci il oktyabrın 3-də Füzuli döyüşləri zamanı şəhid olub. Doğulduğu kənddə dəfn edilən B.Aslanov "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Cəsur döyüşçü" medalları ilə təltif olunub). S.Aslanov intihar etməzdən əvvəl sosial şəbəkədə bunun anonsunu verib və ağır psixoloji vəziyyətdə olduğunu, intiharına görə heç kimin günahkar olmadığını bildirib.