İstanbul Hava Limanı təyyarə yanacağını daha 3 il STAR NEZ-dən alacaq

Dövlət Neft Şirkətinin (SOCAR) Tükiyədə fəaliyyət göstərən STAR neft emalı zavodu (NEZ) 2025-ci ildən başlayaraq hər il İstanbul aeroportuna 700 min ton aviayanacağın tədarükü ilə bağlı strateji tərəfdaşlıq elan edib.

 

Trend xəbər verir ki, razılaşma üç il müddətini əhatə edir və dünyanın ən iri hava limanlarından biri üçün sabit və etibarlı yanacaq tədarükünün təmin edilməsi yolu ilə aviasiya sektorunu möhkəmləndirmək məqsədi daşıyır.

 

"Biz strateji əməkdaşlığımızdan qürur duyuruq, çünki bu, aviasiya sahəsini dəstəkləyən sədaqətimizi vurğulayır", — şirkətdən bildirilib.

 

Qeyd edək ki, STAR neft emalı zavodu 2018-ci ilin oktyabr ayında fəaliyyətə başlayıb. Zavod ümumilikdə 6.3 milyard dollar investisiya hesabına inşa edilib; həmin məbləğdən 3,3 milyard dolları kredit yolu ilə cəlb edilib.

 

STAR Türkiyənin ən iri neft emalı zavodu hesab olunur, ölkənin neft məhsullarına olan tələbatının 18 faizini ödəyir. Bu yaxınlarda həyata keçirilmiş təmir işlərindən sonra zavodun istehsal gücü 13 milyon tonu ötüb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.