Türkiyə-İran sərhədində 4,3 maqnitudada zəlzələ olub.
Senzor.az bildirir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Qeyd olunub ki, təbii fəlakət Hakkari şəhərində qeydə alınıb.
Zəlzələ ocağı 5,44 kilometr dərinlikdə yerləşib.
Dağıntı və ya tələfat barədə hələlik məlumat yoxdur.