Livan ordusunun komandanı Cozef Aun ölkənin yeni Prezidenti seçilib.
Senzor.az bildirir ki, bu barədə Livan mediası məlumat yayıb.
Qeyd olunub ki, Livan parlamenti Cozef Aunu ölkənin yeni Prezidenti seçib. 128 deputatdan 99-u general Aunun namizədliyinə səs verib.
Bu, hazırkı parlamentin dövlət başçısı vəzifəsinə namizədi razılaşdırmaq üçün sayca 13-cü cəhdi idi. Əvvəlki prezident Mişel Aunun (o və Cozef qohum deyillər) səlahiyyət müddəti 2022-ci ilin oktyabrında başa çatıb.
Associated Press qeyd edir ki, Cozef Aunun namizədliyi ABŞ və Səudiyyə Ərəbistanı tərəfindən dəstəklənib. Səsvermə Livan hakimiyyətinin ötən il İsrail və “Hizbullah” arasında gedən döyüşlər nəticəsində böyük ziyan dəymiş ölkənin bərpasına kömək etmək üçün daha çox beynəlxalq yardım istəməsi fonunda keçirilib.
Xatırladaq ki, Livanda Prezident postunu ancaq maronit-xristian tuta bilər.
Daha ətraflı bu inkdəki (https://www.youtube.com/watch?v=UGSJuYFmMbc) videoda: