“Vitse-prezidentəmsə, maaşım bir ildir niyə kəsilib?” - RAFAEL AĞAYEV İSTEFA VERMƏSİNİN SƏBƏBLƏRİNİ AÇIQLADI
VİDEO

"Vitse-prezidentlik vəzifəsinə 30 illik əziyyətim sayəsində əldə etdiklərimlə karatenin inkişafına təkan vermək üçün gəlmişdim. Ərizə yazaraq istefa verdim. Bu qərarı özüm təkbaşına aldım".

 

Bunları "Azərbaycan Milli Karate Federasiyası" İctimai Birliyinin vitse-prezidenti vəzifəsindən istefa verən beşqat dünya, onbirqat Avropa çempionu və Olimpiya Oyunlarının gümüş mükafatçısı Rafael Ağayev Baku TV-yə müsahibəsində deyib.

 

Karate ustası öz qərarında israrlı olduğunu söyləyib: "Düz qərar vermişəm ki, ayrılıram, kiminsə yerini tutmaq istəmirəm. Ümid edirəm ki, mənim yerimə gələn insan bundan gözəl addımlar atıb karatenin irəliyə getməsi üçün əlindən gələni edəcək. Mən də bu idmanda əziyyət çəkmişəm, danışsam, çox şey deyərəm. Ancaq müsbət şeylər haqqında danışıram. Hansısa zəng məni qorxutmayıb, heç də peşman deyiləm. Avropada artıq 4-5 ölkə var ki, onlardan cavab gözləyirəm. Əgər alınarsa, hansısa bir ölkənin yığma komandasına baş məşqçilik edə bilərəm. Hələ ki düşünürəm".

 

Vitse-prezidentlik dövründə cəmi bir dəfə iclasa çağırıldığını söyləyən Rafael Ağayev bir ildir maaşının kəsildiyini bildirib: "Məni bir dəfə iclasa çağırıblar. Zəng edərək atamın xəstə olduğunu, bu səbəbdən iştirak edə bilməyəcəyimi dedim. Bundan başqa məni heç bir iclasa dəvət etməyiblər. Olduğu kimi danışıram. Mən çox şeyi gizlədirəm, yaxşı şeyləri deyirəm. Əgər İctimai Birliyin vitse-prezidentiyəmsə, maaşım bir ildir niyə kəsilib? Deyəcəklər ki, Rafael yenə pula görə dalaşır. Mən Federasiyadan bunun səbəbini soruşanda deyirlər nazirlikdən belə qərar verilib ki, sənin maaşın kəsilsin".

 

Ətraflı süjetdə:








Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.