İranın xarici işlər naziri Abbas Ərakçı vaxt çatışmazlığından Nyu-Yorka səfər etməyəcək.
“Mehr” agentliyi xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai yanvarın 20-də keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, A.Ərakçı Nyu-Yorka gələn həftə səfər etməliydi: "BMT-də Fələstin, o cümlədən Qəzza zolağında vəziyyət müzakirə olunacaq. Ancaq regionda və Fələstində baş verənlərə görə bu səfər baş tutmayacaq”.
Qeyd edək ki, Əlcəzairin sədrliyi ilə xarici işlər nazirlər səviyyəsində Yaxın Şərq, o cümlədən Fələstindəki məsələlər müzakirə olunacaq. Həmin görüşə İran tərəfi də dəvət olunmuşdu.