Fələstinin HƏMAS hərəkatı israilli üç girov qadını - Romy Gonen, Emily Damari və Doron Steinbrecheri Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələrinə təhvil verib.
Bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb.
Bildirilib ki, girovların təhvil verilməsi Qəzza şəhərindəki əs-Saraya meydanında baş tutub. BQXK İsraili “üç girov qadının vəziyyətinin yaxşı olduğu” barədə məlumatlandırıb.