bp "Şahdəniz Alfa" yatağında hasilatı bərpa edib

Texniki problemlər səbəbindən fəaliyyətini dayandırmış "Şahdəniz Alfa" yatağında hasilat yanvarın 18-i axşam saatlarında bərpa edilib.

 

Senzor.az bildirir ki, bu barədə "Şahdəniz" yatağının operatoru olan bp-dən məlumat verilib.

 

Məlumata görə, kondensat ixracı üçün platformanı Səngəçal terminalı ilə birləşdirən sualtı boru kəmərində yaranmış texniki problem tamamilə aradan qaldırılıb.

 

bp-nin Şahdəniz yatağı üzrə regional hasilat meneceri Ceyms Dunbar "AnewZ"ə açıqlamasında deyib: ““Şahdəniz Alfa” platformasından hasilat və ixrac əməliyyatları hazırda tədricən gücləndirilir və tam gücə çatmaq üçün daha bir neçə gün lazımdır. Biz SOCAR və digər tərəfdaşlarla yaxından işləməyə davam edir, planlarımızı və fəaliyyətimizi onlarla əlaqələndiririk”.

 

Qeyd edək ki, hasilatın dayanması Bolqarıstan və Serbiyaya qaz tədarükünə təsir etmişdi.








Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.