ABŞ-da “TikTok” mobil tətbiqi istifadəçilər üçün yenidən aktivləşdirilib.
Bu barədə “ABC Nyus” məlumat yayıb.
“Yenidən xoş gəlmisiniz. Səbriniz və dəstəyiniz üçün təşəkkür edirik. Prezident Trampın səyləri nəticəsində “TikTok “ABŞ-a qayıdıb”, – deyə tətbiqə daxil olarkən bildirişdə qeyd olunub.
Xatırladaq ki, xidmət bazar günü gecə saatlarında ABŞ-dakı fəaliyyətini tam dayandırmışdı. Donald Tramp isə “TikTok”u xilas etməyə çağırmışdı.