Fələstinin radikal HƏMAS hərəkatı Qəzza zolağında atəşkəs razılaşması çərçivəsində yanvarın 19-da azad edilməli olan girovların adlarını vasitəçilərə verib.
Bu barədə "Kan" telekanalı məlumat yayıb.
Qeyd olunub ki, “HƏMAS” rəsmisi siyahının təhvil verildiyini və İsrailin tezliklə onu alacağını bildirib.
Bu arada, İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir HƏMAS ilə razılaşmaya etiraz olaraq istefa verib.