Ermənistan qırmızı bülletenlə axtarışda olan cinayətkar dəstə başçısını TÜRKİYƏYƏ EKSTRADİSİYA ETDİ
VİDEO/FOTO

Ermənistan 2025-ci il yanvarın 19-da mütəşəkkil cinayətkarlıqla məşğul olan iki şəxsi Türkiyəyə ekstradisiya edib.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

 

Qeyd olunur ki, həmin şəxslər İnterpol tərəfindən qırmızı bülletenlə axtarışda olublar.

 

Məsələ ilə bağlı Türkiyənin daxili işlər naziri Ali Yerlikaya "X" hesabında paylaşım edərək, onların şəxsiyyəti barədə məlumat yayıb. 


Məlumata əsasən, Ercan Yılmaz 15 ildir Türkiyə tərəfindən 43 il həbs qərarı ilə, 14 ildir isə İnterpol tərəfindən qırmızı kateqoriyada beynəlxalq axtarışa verilib. O, "Barış Boyun" cinayətkar qruplaşması ilə əlaqəsi olan cinayətkar dəstənin rəhbəri sayılır.

 

Digər ekstradisiya edilən isə 6 il müddətinə Türkiyə tərəfindən 10 həbs qərarı ilə, 1 ildir İnterpol tərəfindən qırmızı kateqoriyada beynəlxalq axtarışda olan cinayətkar dəstənin üzvü İbrahim Kaymakdır.

 

Bildirilir ki, sözügedən şəxslərin Ermənistanda həbsi Türkiyə Ədliyyə Nazirliyi və Xarici İşlər Nazirliyi, İnterpol-Avropol İdarəsi, Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi, Kəşfiyyat İdarəsi və Ordu Vilayəti Polis İdarəsinin birgə fəaliyyəti ilə həyata keçirilib. Ali Yerlikaya Türkiyə tərəfi ilə əməkdaşlığa görə Ermənistanın ədliyyə nazirinin müavini Tiqran Daduntsa təşəkkür edib.

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.