Tramp Putini Ukraynada müharibəni bitirməyə çağırdı - "ƏKS TƏQDİRDƏ..."
VİDEO

ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putini Ukraynada müharibəni yaxın vaxtlarda bitirməyə çağırıb.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Trampın "Truth" sosial şəbəkəsində Putinə ünvanlanan müraciətində belə deyilir.

 

O, Putini xüsusi hərbi əməliyyatları dayamdırmağa çağırıb və əks halda ABŞ-ın  Rusiyanın bu ölkəyə satdığı hər şeyə qarşı sanksiyalar və yüksək vergilər tətbiq edəcəyini açıqlayıb.

 

"Mən Rusiyaya zərər vermək istəmirəm. Radikal solçuların bütün bu uydurma“Rusiya, Rusiya, Rusiya”deyərək apardıqları kampaniyaya baxmayaraq, mən rus xalqını sevirəm və Prezident Putinlə həmişə yaxşı münasibətdə olmuşam.

 

Unutmamalıyıq ki, Rusiya İkinci Dünya Müharibəsində qalib gəlməkdə bizə kömək edib, bununla yanaşı 60 milyona yaxın insan həyatını itirib.

 

Bununla belə, iqtisadiyyatı hazırda çökməkdə olan Rusiyaya və Prezident Putinə böyük bir yaxşılıq etmək niyyətindəyəm. Gəlin bu axmaq müharibəni indi dayandıraq! O, yalnız vəziyyəti daha da pisləşdirəcək. Əgər tezliklə razılığa gələ bilməsək, Rusiyanın ABŞ-a və bu tədbirə qoşulan digər ölkələrə satdığı bütün məhsullara yüksək vergi, rüsum və sanksiyalar tətbiq etməkdən başqa yolum qalmayacaq.

 

Bu müharibə, hansı ki, mən prezident olsaydım heç vaxt baş verməyəcəkdi, bitməlidir! Biz bunu yaxşı və ya pis şəkildə edə bilərik - amma yaxşı yol həmişə daha yaxşıdır. Razılaşma əldə etməyin vaxtı yetişib. Artıq heç bir can itkisi olmamalıdır", - deyə Tramp Putinə müraciətində yazıb.

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.