Paşinyan Şahin Mustafayevin Ermənistana səfərini ÇOX MÜHÜM HADİSƏ adlandırdı
VİDEO

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin Ermənistana səfərini çox mühüm hadisə adlandırıb.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə o, jurnalistlərlə söhbəti zamanı danışıb.

 

"Mən iki ölkənin Baş nazir müavinlərinin qarşılıqlı səfərlərini sülh prosesi çərçivəsində tarixi hesab edirəm. Mən çox şadam ki, biz bu mərhələyə çatdıq", - o deyib.

 

Paşinyan, həmçinin əlavə edib ki, Azərbaycan və Ermənistan arasında münasibətlər daim yaxşılaşmalı, sülh isə tədricən möhkəmlənməlidir.

 

"Normal və uzunmüddətli perspektivdə mehriban qonşuluq münasibətləri qurmaq lazımdır", - o vurğulayıb.

 

Qeyd edək ki, aprelin 29-da Baş nazirin müavini Şahin Mustafayevin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti Ermənistanda səfərdə olub.







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.