Pentaqon rəhbəri ABŞ Konqresində İran müharibəsi ilə bağlı ifadə verdi

ABŞ Konqresi Pentaqon rəhbəri Pit Heqsetin iştirakı ilə İrana qarşı müharibə ilə bağlı dinləmələr keçirib.

 

Bu barədə "Associated Press" məlumat yayıb.

 

ABŞ müdafiə naziri bildirib ki, hazırda ən böyük problem Konqresdəki demokratların və bəzi respublikaçıların ehtiyatsız skeptisizm və məğlubiyyət xarakterli bəyanatlarıdır.

 

"Prezident Tramp Amerikanın keçmiş siyasəti nəticəsində aşınmış və güc nümayiş etdirmək qabiliyyətinin azalmasına səbəb olan hərbi-sənaye bazasını miras alıb" - Pit Heqset qeyd edib.

 

Ukraynaya hərbi yardım məsələsinə gəlincə, nazir bildirib ki, ABŞ administrasiyasının strategiyası bu işdə Avropanın daha aktiv rol oynamasına yönəlib: “Biz istəyirik ki, Avropa məsuliyyəti üzərinə götürsün, maliyyələşdirsin və bu yükü paylaşsın. Onlar güclü iqtisadiyyata malikdirlər və bunu edə bilərlər”.

 

Heqset senatorlardan birinin “ABŞ Ukraynanı təkmi buraxır” sualına cavabında bildirib ki, Vaşinqton geri çəkilmir, sadəcə rol bölgüsü dəyişir. O qeyd edib ki, Avropa ölkələri artıq PURL proqramı və digər mexanizmlər vasitəsilə maliyyə iştirakını artırır.

 

Nazir əlavə edib ki, ABŞ ictimaiyyəti də digər müttəfiqlərin daha çox məsuliyyət götürməsini istəyir.

 

Bununla yanaşı, Heqset Tramp administrasiyasının münaqişənin diplomatik yolla həllini dəstəklədiyini və danışıqların davam etdiyini də vurğulayıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.