Avropa dövlətləri birgə dəniz qüvvələri yaradırlar – RUSİYA TƏHLÜKƏSİ?
VİDEO

Böyük Britaniya da daxil olmaqla 10 Avropa dövləti Rusiya təhlükəsinə qarşı və Şimali Avropada NATO donanmasına dəstək məqsədilə ortaq dəniz qüvvələrinin təşkil edilməsi ilə bağlı razılığa gəliblər.

 

Bu barədə "The Guardian" nəşri məlumat yayıb.

 

Qəzetin yazdığına əsasən, Böyük Britaniya Kral Donanmasının komandanı Qvin Cenkins yeni birgə hərbi dəniz qüvvələrinin yaradıldığını rəsmi açıqlayaraq, bu addımın şimal istiqamətindəki dəniz sərhədlərindən gələ biləcək təhdidlərin dəf edilməsi üçün vacib olduğunu vurğulayıb.

 

Cenkins hesab edir ki, beynəlxalq dəniz donanmasının təşkili gələcək mümkün əməliyyatlarda hazırlıq səviyyəsini və əlaqələndirməni yüksəldəcək. Zərurət yaranacağı təqdirdə, vahid qüvvələrin idarəetməsi Böyük Britaniya Silahlı Qüvvələrinin Baş Qərargahı tərəfindən icra olunacaq.

 

Xəbərdə həmçinin vurğulanıb ki, Amerika Birləşmiş Ştatları bu birliyə qatılmayacaq, lakin Kanadanın iştirakı ehtimalı dəyərləndirilir.

 

Ötən gün isə Rusiya Prezidenti yanında Vətəndaş Cəmiyyəti və İnsan Hüquqları Şurasının rəhbəri Valeri Fadeyev Qərb dövlətlərinin Rusiyanın müharibə niyyətində olmadığını yaxşı anladıqlarını söyləyib. O bildirib ki, Qərb yalnız yeni alternativ dünya düzəninin formalaşmasından ehtiyat edir.

 








Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.