Milli Onkologiya Mərkəzində partlayış: XƏSTƏ ÖLDÜ, HƏKİM YARALANDI - CİNAYƏT İŞİ AÇILDI

Aprelin 30-da saat 14 radələrində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Milli Onkologiya Mərkəzi”ndə partlayışın baş verməsinə dair Yasamal Rayon Prokurorluğuna məlumat daxil olub.

 

Baş Prokurorluğun Mətbuat Xidmətindən Senzor.az-a bildirilib ki, ilkin araşdırmalarla onkoloji xəstə kimi qeydiyyatda olan 1988-ci il təvəllüdlü Əliyev Mübariz Sahib oğlunun qanunsuz olaraq əldə edib saxlayaraq gəzdirdiyi partlayıcı vasitəni qeyd olunan müalicə müəssisəsinin Radiologiya şöbəsində partlatması nəticəsində həkim Nəsirov Asif Akif oğlunu ümumi təhlükəli üsulla qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Baş vermiş partlayış nəticəsində Mübariz Əliyev aldığı xəsarətlərdən hadisə yerində ölüb, ağır bədən xəsarətləri alan Asif Nəsirov xəstəxanaya yerləşdirilib, hazırda vəziyyəti ağır qiymətləndirilir və müalicəsi davam etdirilir.

 

Aidiyyəti hüquq-mühafizə orqanlarının əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən tibb sahəsində ekspertin iştirakı ilə isti izlər əsasında hadisə yerinə baxış keçirilib, cinayətin izlərini əks etdirən maddi sübutlar müvafiq qaydada götürülüb, meyitin daxili və xarici müayinəsinin aparılması üçün məhkəmə-tibbi ekspertizası təyin olunub, habelə digər zəruri prosessual hərəkətlər icra olunub.

 

Fakt üzrə cinayət prosessual qanunvericiliyə uyğun olaraq dərhal Yasamal Rayon Prokurorluğunda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,120.2.4 (ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) və 228.1-ci (qanunsuz olaraq partlayıcı maddələr və qurğular əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanıb.

 

Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etməklə, hadisənin başvermə şəraiti və səbəbləri, partlayıcı maddənin əldə edilmə mənbəyi və digər sübut edilməli olan halların müəyyənləşdirilməsi istiqamətində aidiyyəti hüquq-mühafizə orqanları ilə birgə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri həyata keçirilir.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.