Əkrəm İmamoğlu barəsində həbs qərarı verildi – “SİYASİ CASUSLUQ” İTTİHAMI
YENİLƏNİB, 2 VİDEO

İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) həbsdə olan sədri Əkrəm İmamoğlu, onun müşaviri Nəcatı Özkan və jurnalist Merdan Yanardağ “siyasi casusluq” ittihamı ilə həbs ediliblər.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, İstanbul Cumhuriyyət Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində sözügedən şəxslərin ifadələri alınıb.

 

Onlar barəsində “siyasi casusluq” ittihamı ilə həbs qətimkan tədbiri seçilib.

 

Qərarda qeyd olunur ki, Əkrəm İmamoğlunun rəhbərlik etdiyi iddia edilən cinayət təşkilatı prezidentliyə namizədlik üçün maliyyə toplamaq məqsədilə müxtəlif korrupsiya əməliyyatları həyata keçirib.

 

Bununla yanaşı, onların xarici dəstək qazanmaq üçün casusluq fəaliyyətlərinə də cəlb olunduqları iddia olunur.

 

Sənəddə bildirilir ki, İmamoğlu və Özkan 2019-cu il seçkilərində üstünlük əldə etmək məqsədilə bir çox seçicinin sosial media hesablarına və daxili yazışmalara qanunsuz şəkildə müdaxilə ediblər. Prokurorluğa görə, onlar İBB-yə aid məlumatları “Ostin” adlı onlayn platformaya ötürərək bu məlumatları xarici kəşfiyyat orqanlarının dəstəyi ilə təhlil etdiriblər.


**23:58 (26.10.2025)


Keçmiş İstanbul Böyük Şəhər Bələdiyyə sədri Əkrəm İmamoğlu casusluq ittihamı ilə bağlı ifadə verib.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, İmamoğlu seçki kampaniyası zamanı adı çəkilən yazışmalarda iştirak edən şəxsləri tanımadığını və heç bir əlaqəsinin olmadığını deyib.

 

İttihamda “Wickr Me” mesajlaşma proqramı vasitəsilə 150 minlik “rəqəmsal ordu” və “gerçək zamanlı rəqəmsal kəşfiyyat” kimi terminlərin istifadə olunduğu iddia olunur.

 

İmamoğlu proqramı ilk dəfə eşitdiyini və yazışmalarla heç bir əlaqəsinin olmadığını bildirib.

 

Qeyd edək ki, dindirilmə Çağlayan ədliyyə binasında baş tutub və təxminən 3 saat davam edib.

 

Binanın qarşısında yüzlərlə tərəfdarı toplaşaraq onun şəkillərini qaldırıb və azadlıq tələbi ilə şüarlar səsləndirib.

 

Dindirilmə başa çatdıqdan sonra İmamoğlu və hazırda həbsdə olan jurnalistlər Merdan Yanardağ və Necati Özkan məhkəmə qarşısına çıxarılıblar.







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.