
Moskvada Prokşino yaşayış kompleksinin yaxınlığında dəyənək və kürəklərlə silahlanmış miqrant işçilər arasında kütləvi dava baş verib.
Senzor.az-ın yerli KİV-ə istinadən məlumatına görə, ölkə Daxili İşlər Nazirliyinin sözçüsü İrina Volk bildirib ki, hadisə ilə bağlı xuliqanlıq maddəsi ilə cinayət işi açılıb, 40 nəfər saxlanılıb.
O qeyd edib ki, davada iştirak edən əcnəbilər məsuliyyətə cəlb olunacaqlar.
"Həbs cəzası verilməyən xarici vətəndaşlar ölkəmizdən deportasiya ediləcəklər və sonradan müəyyən edilmiş qanuni prosedurlara uyğun olaraq onların ölkəyə girişinə icazə verilməyəcək. Bu tədbirin həyata keçirilməsinə Rusiya Daxili İşlər Nazirliyinin rəhbərliyi nəzarət edir", - deyə o əlavə edib.
Yaşayış kompleksi sakinləri işçilərin təmir olunan əmlak üzərində mübahisə etdiyini və park edilmiş avtomobillərə ziyan dəydiyini bildiriblər.