
Türkiyə ilə sərhəd bölgələrində fəaliyyət göstərən terror təşkilatı PKK Şimali İraqdakı düşərgələrini boşaltmağa və mağaraları tərk etməyə hazırlaşır.
Senzor.az Türkiyə mətbuatına istinadən bildirir ki, təşkilat Zap və Metina bölgələrindəki mövqelərini də tərk edəcək.
PKK-nın Şimali İraqda yaydığı bəyanatda, Türkiyədən tamamilə çəkildiyini açıqlaması diqqət çəkib. Bəyanatda “Sərhəd bölgələrində toqquşma riski yaradan və mümkün təxribatlara açıq olan mövqelərdə də oxşar düzəliş tədbirləri görülür” ifadəsi yer alıb.
Bu açıqlama təşkilatın sərhəd xəttinə yaxın ərazilərdəki bir sıra mövqelərini boşaldacağına işarə kimi qiymətləndirilir.