Ermənistanda Gümrü merinə qarşı yeni cinayət iş açıldı

Həbs edilən Gümrü meri Vardan Qukasyana qarşı açıq şəkildə Ermənistanın suverenliyindən imtina etməyə çağırdığına görə yeni cinayət işi açılıb.

 

Ermənistan KİV-i bildirir ki, bu barədə onun hüquqşünaslar qrupu məlumat yayıb.

 

Hüquq-mühafizə orqanları işin başlanılıb-başlanmaması ilə bağlı iki gün vaxt sərf edib. Oktyabrın 25-də Ermənistan Cinayət Məcəlləsinin 422-ci maddəsinin 2-ci hissəsi ilə yeni cinayət təqibinin başlanması barədə qərar qəbul edilib.

 

İttihamlar Qukasyanın Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsinin həyətində Ermənistanın suverenliyindən imtinaya çağırış kimi səciyyələndirilən digər ölkələrlə ittifaq yaratmaq niyyəti ilə bağlı bəyanatlarından irəli gəlirdi.

 

Merin vəkilləri ittihamların bu maddə ilə əlaqəsi olmadığını və siyasi motivli olduğunu düşünürlər. Bəyanatı Zarui Postancyan, Aramayis Ayrapetyan və Arnold Vardanyan imzalayıblar.

 

Oktyabrın 20-də hüquq-mühafizə orqanlarının əməkdaşları Gümrü meriyasında axtarışlar aparıblar. Nəticədə mer Vardan Qukasyan və daha 7 nəfər rüşvət almaqda şübhəli bilinərək saxlanılıb.

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.