Putin Azərbaycanla bağlı Trampa nəyi etiraf edib? – ABŞ LİDERİNDƏN MARAQLI AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə mümkün görüşü barədə danışıb.  

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə açıqlama verərkən o, Azərbaycan və Ermənistanı da xatırladıb.

 

“Biz əmin olmalıyıq ki, razılaşma əldə edəcəyik. Mən vaxtımı boş yerə sərf etməyə hazıram. Mənim Putinlə həmişə yaxşı münasibətlərim olub, amma çox məyus oldum. Mən düşünürdüm ki, bu məsələni Yaxın Şərqdə sülh əldə olunmazdan əvvəl həll edə bilərik”, – Tramp bildirib.

 

Amerika lideri Azərbaycan və Ermənistan arasındakı sülh prosesini misal gətirərək qeyd edib ki, bu, çox çətin məsələ idi.

 

“Azərbaycanla Ermənistan məsələsinə baxın, bu, çox mürəkkəb idi. Putin mənə telefonda dedi: "Bu inanılmaz idi, hamı çalışdı, amma heç kim bacarmamışdı. Sən isə bacardın", - deyə Tramp söyləyib.

 

Tramp həmçinin Hindistan və Pakistan arasındakı münasibətlərdən danışaraq bildirib ki, bir çox mürəkkəb razılaşmalar əldə etsə də, Rusiya və Ukrayna arasındakı vəziyyət fərqlidir: “Onların (Ukrayna və Rusiya prezidentlərini nəzərdə tutur-red.) arasında çox böyük nifrət var. Zelenski ilə Putin arasında düşmənçilik son dərəcə dərin və köklüdür”.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.