
Ermənistanın Baş naziri Nikol Paşinyan İctimai Şura üzvləri ilə Tavuş vilayətinin Kirants qəsəbəsinə səfər edib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Baş nazir və İctimai Şuranın üzvləri əvvəlcə Ermənistanla Azərbaycan arasında demarkasiya olunmuş dövlət sərhədinin Kirants hissəsinə baş çəkiblər, orada görülən işlərin təqdimatı keçirilib.
Növbəti dayanacaq yeni tikilmiş Q.Vardanyan adına ibtidai məktəb olub.