Yaponiyanın yeni Baş naziri Trampla danışdı: ƏLAQƏLƏRİN GÜCLƏNDİRİLMƏSİNİ MÜZAKİRƏ ETDİ

Yaponiyanın yeni Baş naziri Sanae Takaiçi ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb.

 

Bu barədə "Kyodo" xəbər agentliyi məlumat yayıb.

 

"Yaponiya-ABŞ ittifaqını gücləndirmək və onu daha da yüksək səviyyəyə qaldırmaq barədə razılığa gəldik", - deyə Cənub-Şərqi Asiya Millətləri Assosiasiyasının (ASEAN) sammitində iştirak etmək üçün Malayziyaya gələn Takaiçi yapon jurnalistlərə bildirib.

 

Yaponiyanın yeni Baş naziri, həmçinin ölkəsinin ABŞ üçün Hind-Sakit okean strategiyasının həyata keçirilməsində və "Çinə qarşı mübarizədə" əhəmiyyətini vurğulayıb.

 

Takaiçiyə görə, o, Trampı azad və açıq Hind-Sakit okean regionu konsepsiyasının həyata keçirilməsində əməkdaşlıq etməyə çağırıb və ondan 1970-ci illərdə Şimali Koreya kəşfiyyatı tərəfindən qaçırılan Yaponiya vətəndaşları məsələsinin həllində kömək etməsini istəyib.

 

ASEAN sammitindən dərhal sonra Takaiçi və Tramp Yaponiyaya qayıdacaqlar və ABŞ Prezidenti 29 oktyabra qədər davam edəcək rəsmi səfərə başlayacaq.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.