
Asiya turnesi çərçivəsində Malayziyaya gələn ABŞ Prezidenti Donald Tramp bildirib ki, Kamboca ilə Tailand arasında sülh sazişi imzalanıb.
Senzor.az bildirir ki, ABŞ Prezidenti bu barədə sosial media hesabında məlumat verib.
Səfər çərçivəsində Malayziya ilə ticarət sazişinin imzalanması planlaşdırılır. Kuala-Lumpurda o, Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasına (ASEAN) üzv dövlətlərin liderlərinin sammitində də iştirak edəcək.
Daha sonra Donald Tramp Yaponiyaya yola düşəcək və orada ticarət və təhlükəsizlik üzrə danışıqlar aparacaq.
Ardınca onun Cənubi Koreyada Asiya və Sakit Okean hövzəsi ölkələrinin liderlərinin iqtisadi sammitində iştirak etməsi gözlənilir. Orada onun Çin Xalq Respublikasının Sədri Si Cinpinlə görüşü də nəzərdə tutulub.
Qeyd edək ki, Kamboca ilə Tailand arasında yayda baş vermiş sərhəd münaqişəsi 40-dan çox insanın ölümünə səbəb olub. Yalnız Donald Trampın vasitəçiliyindən sonra tərəflər atəşkəs tətbiq edib.