Tramp Malayziyada hava limanında rəqs etdi -
VİDEO

ABŞ Prezidenti Donald Tramp Malayziyaya gedib və bir nömrəli təyyarənin trapı önündə onu qarşılayan rəqs ansamblının yanından laqeyd keçə bilməyib.

 

Senzor.az-ın yerli KİV-ə istinadən məlumatına görə, Amerika Prezidenti “nə üçün onlarla birlikdə rəqs etməyim” deyərək ansambla qoşulub və rəqs etməyə başlayıb. 

 

Daha sonra o, yenidən qırmızı xalça üzərinə qayıdıb. Trampın rəqslərini əks etdirən video artıq dünyanın bütün media qurumlarında yayılıb.

 

Videodan göründüyü kimi, Amerika Prezidentinin bu davranışı aerodromda olan bütün şəxsləri xeyli təəccübləndirib.

 

Malayziyada rəqslərdən əlavə, Tramp Cənub-Şərqi Asiya ölkələrinin sammitində Kamboca və Tayland arasında sülh sazişinin imzalanması mərasiminə də qoşulub. Sazişi Kambocanın baş naziri Hun Manet, Tayland hökumətinin başçısı Anutin Çarnviranqul, Tramp və Malayziyanın baş naziri Anvar İbrahim imzalayıblar.

 

Xatırladaq ki, Kamboca ilə Tayland arasında münaqişə iyul ayında başlamış və beş gün davam etmişdi. Həmin vaxt 33 dinc sakin həlak olmuş, yüz minlərlə insan evlərini tərk etmişdi.

 

Tramp bildirib ki, məhz onun müdaxiləsi hərbi əməliyyatların dayandırılmasına kömək edib, çünki hər iki ölkənin lideri ilə telefon danışığından sonra o, müharibənin davamı halında ticarət razılaşmalarından imtina edəcəyi ilə hədələyib.

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.