Rusiyada azadlığa buraxılan iş adamı Yusif Xəlilov ailəsi ilə Bakıya gəldi -
OĞLUNDAN AÇIQLAMA

“Ailəmizin bu çətin dövründə Azərbaycan dövlətinin qayğısını hiss etmişik. Bu, birliyin nümayişidir”.

 

Bunu APA-ya açıqlamasında Rusiyada həbsdən buraxılan azərbaycanlı iş adamı, “Alekseyeviski” bazarının sahibi Yusif Xəlilovun oğlu Simur Xəlilov deyib.

 

“Bu gün bizim üçün çox sevincli gündür. Həm öz adımdan, həm də ailəmizin adından atamın azad olunmasına köməklik göstərən Azərbaycan dövlətinə, bunun üçün əziyyət çəkən hər kəsə dərin təşəkkürümü bildirirəm”, – o deyib.

 

O həmçinin Rusiya dövlətinə də təşəkkür edib: “Ailəmizin ikinci vətəni Rusiyadır. Mən orada anadan olmuşam. Təhsilimi də orada almışam. Bu günə kimi də orada yaşayırıq. Rusiya dövləti bizim təhsil almağımıza, işləməyimizə şərait yaradıb. Buna görə Rusiya dövlətinə də dərin minnətdarlığımızı bildiririk”.

 

Qeyd edək ki, Rusiyanın Voronej şəhərində tanınmış azərbaycanlı iş adamı, “Alekseyeviski” bazarının sahibi Yusif Xəlilov bu ilin avqust ayında həbs edilmişdi.

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.