
PKK terror təşkilatı bütün silahlı qüvvələrini Türkiyədən geri çəkdiyini bəyan edib.
Senzor.az Türkiyə mediasına istinadən bildirir ki, bu barədə PKK bu gün açıqlama yayıb.
Bildirib ki, Türkiyədəki bütün qüvvələri geri çəkirlər. Bu addım PKK-nın lideri Abdullah Öcalanın çağırışı və təşkilatın 12-ci Konqresində qəbul edilən qərarlar əsasında atılıb.
Məlumata görə, Öcalanın çağırışından sonra özünü ləğv etmək qərarı verən PKK bu bəyanatla silahqoyma prosesinin yeni mərhələsinə keçdiyini açıqlayıb.
Bir gün əvvəl PKK-ya yaxın media orqanları “təşkilatın Öcalanın çağırışı və əvvəlki konqres qərarları əsasında yeni addım atacağı” barədə xəbər yaymışdılar. Bu xəbərlərdə bugünkü açıqlamanın veriləcəyi öncədən bildirilmişdi.