
Türkiyənin Trabzon vilayətində beş kiloqram partlayıcı daşıyan Ukraynaya məxsus pilotsuz uçuş aparatı (PUA) qəzaya uğrayıb.
Senzor.az Türkiyə mediasına istinadən bildirir ki, pilotsuz uçuş aparatı Vakfıkebir rayonunda ağaca çırpılaraq parçalanıb.
Hadisə yerinə baxış keçirən mütəxəssislər aparatın beş kiloqram partlayıcı ilə təchiz olunduğunu müəyyən ediblər.
Bildirilir ki, pilotsuz uçuş aparatını görən yerli sakinlər arasında təşviş yaranıb. Hadisə ilə bağlı Türkiyə hüquq-mühafizə orqanları araşdırmalara başlayıblar. 