İqbal Ağazadənin "Telegram" hesabı oğurlanıb - POLİS ARAŞDIRMA APARIR

Ümid Partiyasının sədri, sabiq deputat İqbal Ağazadənin "Telegram" hesabı dələduzlar tərəfindən ələ keçirilib.

 

“Teleqraf” xəbər verir ki, bu barədə sosial şəbəkə hesabında partiya sədri özü məlumat yayıb.

 

İqbal Ağazadənin sözlərinə görə, naməlum şəxslər onun "Telegram" nömrəsini ələ keçirərək kontakt siyahısında olan şəxslərə onun adından mesajlar göndərir və pul istəyirlər.

 

Sabiq deputat hüquq-mühafizə orqanlarına da müraciət edib.

 

İ.Ağazadə vətəndaşları onun adından göndərilən mesajlara inanmamağa və həmin kart hesablarına hər hansı vəsait köçürməməyə çağırıb.

 

Qeyd edək ki, İ.Ağazadənin "Telegram" hesabı vasitəsilə aldadılan şəxslər arasında tanınmış jurnalist Ləman Ələşrəfqızı da var. Özünü İ.Ağazadə kimi təqdim edən dələduz xəstəxanaya düşdüyünü və pula ehtiyacı olduğunu deyərək jurnalistdən onlayn köçürmə yolu ilə 600 manata yaxın pul alıb.

 

DİN-in Mətbuat Xidmətindən bildirilib ki, məsələ nəzarətə götürülüb və araşdırılır.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.