
Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya Baş naziri Mixail Mişustin ilə telefon danışığı aparıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Rusiya hökumətinin Mətbuat xidməti açıqlama yayıb.
Söhbətin Ermənistan tərəfinin təşəbbüsü ilə baş tutduğu qeyd olunub.
“Hökumət başçıları ticari-iqtisadi, elmi-texnoloji və mədəni-humanitar sahələrdə Ermənistan-Rusiya əməkdaşlığının cari məsələlərini müzakirə ediblər”, - açıqlamada bildirilib.