Azərbaycan və İtaliya arasında iqtisadi tərəfdaşlığının prioritetləri müzakirə edilib.
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsində yazıb.
"İtaliya parlamentinin senatoru Culio Terzi (GiulioTerzi) ilə işgüzar nahar zamanı Azərbaycan-İtaliya iqtisadi tərəfdaşlığının prioritetləri barədə danışdıq. Səmərəli nəticələr üçün dayanıqlı təşəbbüslərin artırılmasının əhəmiyyətini vurğuladıq. Səmimi qonaqpərvərlik üçün təşəkkür edirik." -o qeyd edib.