Türkiyə Milli Müdafiə Nazirliyi İraq və Suriyanın şimalında həyata keçirilən əməliyyatlarda 19 terrorçunun zərərsizləşdirildiyini açıqlayıb.
Bu barədə nazirliyin sosial media hesabında məlumat verilib.
Qeyd olunub ki, Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalında Hakurk və Asos bölgələrində aşkarladıqları 15 PKK terrorçusu, Suriyanın şimalında isə Fərat Qalxanı və Sülh çeşməsi bölgələrində aşkarladıqları 4 PKK/YPG terrorçusu zərərsizləşdirilib.
Milli Müdafiə Nazirliyi bəyan edib ki, terror mənbəyi aradan qaldırılanadək fasiləsiz əməliyyatlarla mübarizə davam edəcək.