Bu gün yerli vaxtla saat 12:00 radələrində İstanbulun Yalıköy sahilində mənşəyi indiyədək müəyyən edilməyən pilotsuz dəniz vasitəsi aşkarlanıb.
Yerli KİV xəbər verir ki, bu barədə İstanbul Valiliyi yazılı açıqlama yayıb.
Məlumata əsasən, bölgəyə ölkənin təhlükəsizlik qüvvələrinin müvafiq qrupları cəlb edilib. Təhlükəsizlik tədbirləri çərçivəsində dəniz vasitəsinin aşkarlandığı ərazi nəzarətə alınıb, buradakı vətəndaşlar təxliyə ediliblər.
Qara dənizin şimalından gəldiyi ehtimal edilən pilotsuz aparatın uzunluğunun üç, genişliyinin isə bir metr olduğu bildirilir.