Dağıstanda güclü yağışlar - 15 YAŞAYIŞ MƏNTƏQƏSİ İLƏ ƏLAQƏ KƏSİLİB

Dağıstanın dağlıq ərazilərində son günlər yağan leysandan sonra daşqın, sel və sürüşmə səbəbilə bir neçə yol bağlanıb, 15 kəndlə nəqliyyat əlaqəsi kəsilib.

 

TASS-ın verdiyi məlumata görə, bu barədə region üzrə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

 

“Rutul rayonunda leysan yağışları nəticəsində Mikik və Cınıx qəsəbələri arasında yol örtüyünə palçıq yığılıb, 11 yaşayış məntəqəsi ilə yağıntılar səbəbilə əlaqə kəsilib”, - deyə məlumatda bildirilir.

 

Qeyd olunur ki, şiddətli yağışlar Çıraqçay çayı üzərində Rıça kəndi yaxınlığındakı dəmir körpünün uçmasına səbəb olub. Nəticədə üç kəndlə əlaqə kəsilib. Bərpa işlərinə isə yalnız çayda suyun səviyyəsi azaldıqdan sonra başlanılacaq.

 

Yağışlar nəticəsində Gəlxen kəndi yaxınlığındakı yolun örtüyü də yuyularaq kəndi əlaqəsiz qoyub. Bərpa işlərinin bazar ertəsi başlaması planlaşdırılır.

 

Tsuntinski rayonunda Hamaitli və Tlyatsuda qəsəbələri arasında yerləşən Kidero - Şauri - Aqvali yolu isə qaya uçması səbəbilə bağlanıb. Yaşayış məntəqələrinə Bejta hissəsindən dolama yol var.

 

APA xatırladır ki, bundan əvvəl sinoptiklər iyulun 26-dan 28-dək Dağıstanda güclü yağış, leysan, tufan, dolu və küləyin sürətinin 23 m/s-ə çatacağını proqnozlaşdırmışdılar.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.