“Turkish Airlines” aviaşirkəti Livanın paytaxtı Beyruta bütün uçuşları dayandırıb.
Bu barədə "Airlinehaber" portalı məlumat yayıb.
Nəşr qeyd edib ki, qərar bölgədə gərginliyin artması fonunda təhlükəsizliyin təmin edilməsi məqsədilə qəbul edilib.
Aviaşirkət hələlik bununla bağlı rəsmi açıqlama verməyib.