Almaniyanın "Lufthansa" aviaşirkəti Təl-Əvivə və oradan olan bütün uçuşları təxirə salıb.
DW xəbər verir ki, Almaniya aviaşirkəti "bölgədə baş verən cari hadisələr"lə əlaqədar bu addımı atıb.
Aviaşirkət bildirib ki, avqustun 8-dək Təl-Əvivə və əksinə olan bütün sərnişin və yük reyslərini təxirə salıb.