Ermənistan polisi Qarabağı könüllü tərk etmiş erməniləri qanunsuz silahları təhvil verməyə çağırıb.
Məlumatı Ermənistan KİV-i yayıb.
Söhbət Qarabağ ermənilərinin özləri ilə gətirdikləri tüfənglər, qaz tapançaları və digər silahlardan gedir.
Silahların könüllü təhvil verildiyi halda, dövlət qeydiyyatına alındıqdan sonra həmin silahlara sahib olmaq üçün icazənin veriləcəyi bildirilir.