Xəzər dənizində 3.7 maqnitudalı zəlzələ qeydə alınıb.
Senzor.az bildirir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosu məlumat yayıb.
Qeyd olunub ki, yerli vaxtla saat 08:22-də qeydə alınan yeraltı təkanların ocağı 19 kilometr dərinlikdə yerləşib.